Qızıl 4,124 dollar səviyyəsinə düşərək son 7 həftənin minimumuna gerilədi

10:02 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Qızılın spot qiyməti 4 124,57 dollar/unsiya həddinə qədər geriləyərək son 7 həftənin en aşağı səviyyəsinə yaxınlaşmııışdır. Fyuçerslər isə 0,3% ucuzlaşaraq 4 156,70 dollar təşkil edib. Qiymətlərin düşməsinə neftin bahalaşması fonunda ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı gözləntiləri səbəb olur.

"CME FedWatch" məlumatlarına görə, bazar oktyabrda FED-in faiz artırma ehtimalını 70,3% olaraq qiymətləndirir. Uçot dərəcələrinin yüksək qalması faiz gəliri gətirməyən qiymətli metallara təzyiq göstərir.

Paralel olaraq gümüş 60,62 dollara (-0,6%), platin 1 699,86 dollara (-1%) və paladium 1 209,08 dollara (-0,5%) düşüb.