15:06 - 6.05.2022
6 may, Fineko/abc.az. Bakı şəhərinin mərkəzində yerləşən Mərkəzi Nəbatat bağında vaxtı ilə bəzi məsuliyyətsiz şəxslər tərəfindən bir sıra tikililərin inşasına yol verilib.
Həmçinin parkda yerləşən ictimai-iaşə obyektlərindən havaya qalxan tüstü və his də ərazidəki ağaclara ziyan verir.
ABC.AZ Apa-ya istibadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
“Bu yaxınlarda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatat Bağının ərazisi üçün hazırlanan unikal layihə əsasında əsaslı yenidənqurma işlərinin aparılmasına başlanılacaq. Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində yeni layihəyə uyğun burada sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaq”, - qeyd olunub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026