Bakıda 1000-ə yaxın qəzalı bina var - Eldar Əzizov

15:15 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov informasiya agentliklərinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, müsahibə zamanı E.Əzizov bir sıra məqamlara toxunub.

O qeyd edib ki, icra başçısı nə az nə çox qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşdığını vurğulayıb:

“Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Baxmayaraq ki, son illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu binaların sayı 30% azalıb. Bu da bir nailiyyətdir. Amma yenə deyirəm qəzalı vəziyyətdə olan binaların sayı çoxdur və bu proses canlı prosesdir və bunu uzun illərə planlaşdırırıq. İlkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”.