Neftin qiyməti yüksəlir, Brent $105,39/ barel təşkil edir

09:30 - 27.04.2022


27 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü hərraclarda artır.

Saat 09:13-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $0,40 (0,38%) - barrel başına $105,39-a qədər bahalaşıb. Aprelin 26-da keçirilən ticarətin nəticələrinə görə,  Brent neftinin iyun fyuçers qiyməti $2,67 (2,61%) - barrelə görə $104,99-dək artıb.

Saat 09:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $0,19 (0,19%) - barrel başına $101,89-a qədər yüksəldi. Aprelin 26-da keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun fyuçerslərinin fyuçerslərinin qiyməti 3,16 (3,21%) - barrel başına $101,70-ə qədər artıb.