10:02 - 26.04.2022
26 aprel, Fineko/abc.az. Elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri idarəsinin rəisi Taryel Alıverdiyev deyib.
O bildirib ki, mövcud qanunvericiliyə əsasən hazırda bu növ nəqliyyat vasitəsinin idxalı əlavə dəyər vergisindən azaddır. Növbəti güzəşt isə bu avtomobillərin idxal rüsumundan da azad edilməsi ola bilər.
Bununla bərabər elektromobillər üçün infrastruktur genişləndirilməsi də prioritet hədəflərdəndir.
Bu məqsədlə həmin avtomobillər üçün enerjidoldurucularının da rüsumdan azad edilməsi gözlənir.
17 Avqust 2026
15 Avqust 2026