12:08 - 22.04.2022
22 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258 milyon 425 min manat məbləğində sığorta haqqı toplanılıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 61 milyon 228 min manat təşkil edib.
Bu isə illik müqayisədə 2,4 dəfə azdır. 3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib.
Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub.
10 Avqust 2026
10 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026