Öhdəlikləri artan sığorta şirkətləri - Siyahı

11:06 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 9-nun bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta”, “Xalq Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Sığorta”, “A-Qrup Sığorta”, “Meqa Sığorta”, “Atasığorta”, “Azsığorta” və “Meqa Həyat Sığorta” ASC-lərdir.

Ən çox azalma “İpək Yolu Sığorta”da (43,7%), ən az azalma isə “PAŞA Həyat Sığorta”da (0,2%) qeydə alınıb.

Qalan 11 sığorta şirkətinin isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta” ASC-də (156,5 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Sığorta” ASC-də (9,1%) qeydə alınıb.