Bakıda evlər bahalaşıb - Ən çox qiymət artımı yeni tikililərdədir

17:26 - 20.04.2022


20 aprel, Fineko/abc.az. Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında son üç ayda 1,68 faiz qiymət artımı müşahidə edilib.

ABC.AZ xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan əmlak eksperti Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, qiymət artımı ötən ilin eyni dövrü ilə müqayisədə konservativ addımdır: "2021-ci ildə qiymət artımı daha intensiv olub. Müxtəlif seqmentlər üzrə qiymət artımı fərqlidir. Ən intensiv qiymət artımı yeni tikililərdə 10,3 faiz müşahidə olunub. Torpaq bazarında da 14 faizə yaxın qiymət artımı olub".