10:43 - 10.05.2018
10 may, Fineko/abc.az. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunur.
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.
1966-1969-cu illərdə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində DTK-nin sədri, 1969-1982-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1982-ci ildən etibarən SovİKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini, general-mayor olub.
1987-ci ildə vəzifəsindən istefa verib. 1990-cı ilin iyu ayında Azərbaycana qayıtdıqdan sonra ilk olaraq Azərbaycan SSR Ali Sovetinə deputat, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri (1991-1993), sonra isə Azərbaycan Respublikasının Prezidenti (1993-2003) seçilib.
Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında dünyasını dəyişib.