15:07 - 15.04.2022
15 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 153,1 mln. manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən rəqəmin də 1 085,3 mln. manatı heyvandarlıq, 67,8 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4% artıb.
Artan təkcə kənd təsərrüfatının istehsalı olmayıb, heyvandarlıq məhsulları üzrə 2,8%, bitkiçilik məhsulları üzrə isə 14,4 % çoxalma qeydə alınıb.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026