12:12 - 15.04.2022
15 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Parlamentin növbəti iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda Xəzər dənizi sahilinin villalarla əhatə olunması, əhalinin çimərıiklərdən tam istifadə edə bilməməsi qabardılıb.
Deputatlar bildirib ki, yaz-yay mövsümü gəlib və istilər başlayıb.
"Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər. Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir" deyə çıxış edənlər qeyd edib. Millət vəkilləri son illər IDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanıldığını xatırladıb, buna baxmayaraq bunun hələ də kifayət etmədiyini vurğulayıblar. "Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, Konstitusiyamız tərəfindən isə istifadəsinə maneəsiz verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır”, - deyə deputatlar bildirib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026