17:33 - 14.04.2022
14 aprel, Fineko/abc.az. 2021-ci ildə sığorta şirkətləri 19,494 milyon manat məbləğində mənfəət vergisi ödəyib.
ABC.AZ xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 17,5% az ödəmə deməkdir.
Şirkətlərdən 6-sı vergi ödənişlərini artırıb, 12-si vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 3 şirkətdən 2-si ötən il də vergi ödəməyib.
2021-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 60,473 milyon manat olub. Bu da 2020-ci illə müqayisədə 25,8% azdır.
Ötən il maliyyə mənfəətini artırmış 6 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 9 şirkətin həm də xalis mənfəəti azalıb, 2020-ci ili zərərlə başa vurmuş 1 şirkət 2021-ci ili mənfəətlə, 2020-ci ildən mənfəətlə çıxmış, 4 şirkət isə 2021-ci ildən zərərlə çıxıb.