Azərbaycanda daha bir fındıq zavodu fəaliyyətə başlayacaq

15:25 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Yeni mövsümdə, 2022-ci ilin yayında Azərbaycanın "Agrarco" şirkəti yeni fındıq istehsalı zavodunu istismara verəcək.

ABC.AZ-ın məlumatına görə, bunu şirkətin direktoru Cavid Kazımov deyib.

O qeyd edib ki, əlsində zavod daha tez açılmalıydı, amma bəzi nüanslar buna mane olub: "Koronavirus pandemiyası ilə əlaqədar podratçılar bir sıra problemlərlə üzləşdi və bütün bunlar zavodun işə düşməsi üçün lazımı avadanlıq və digər qurğuların tədarükünün ləngiməsinə səbəb oldu.

Biz indi sınaq işləri keçiririk. Artıq müəyyən həcmlər emal olunur. Biz yeni müəssisənin tikintisi üçün investisiya qoymuşuq. Həmçinin, aktivləşdirilmiş kömür istehsalı sahəsində əlavə istehsal gücünün tətbiq olunması planlaşdırılır. Bunun üçün artıq müəyyən ərazi var, biz yaxın zamanlarda orada istehsala başlayacağıq".

Müəllif: Elmir Murad