15:14 - 14.04.2022
14 aprel, Fineko/abc.az. Azərbaycanın fındıq istehsalçısı “Aqrarco” MMC bu il Avropa bazarına bu məhsulun ixracında 15%-dək artımın olacağını gözləyir.
ABC.AZ xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Cavid Kazımov deyib.
Onun sözlərinə görə, ötən mövsümdə şirkət 5,5 min tona yaxın fındıq ixrac edib.
“Məhsullar əsasən İtaliya bazarına çıxarılır. Ötən il bu ölkəyə 3 min tondan bir qədər çox məhsul ixrac edilib. Almaniya, Avstriya və Fransaya da fındıq tədarük edilir”, - deyə Cavid Kazımov qeyd edib.
Bu sahədə mövcud problemlərə toxunaraq, şirkətin baş icraçı direktoru onların əsasən pandemiya və regionda hərbi əməliyyatlarla bağlı olduğunu bildirib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026