Avropa İttifaqı Rusiyaya qarşı 5-ci sanksiyalar paketini qəbul edib

15:22 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı kömür və digər bərk qalıq yanacaqların alınması, idxalı və ya çatdırılmasını əhatə edən 5-ci sanksiyalar paketini qəbul edib.

ABC.AZ xəbər verir ki, Avropa Şurasından verilən yazılı açıqlamada, 2022-ci ilin avqust ayından etibarən ildə 8 milyard avro dəyərində Rusiya mənşəli və ya Rusiyadan ixrac edilən kömür və digər bərk qalıq yanacaqların alınması, idxalı və ya Aİ-yə təhvil verilməsinə qadağa qoyulması qərara alınıb.

Rusiya və Belarusun hər hansı avtomobil nəqliyyatı müəssisələrinə, o cümlədən tranzit, Aİ daxilində quru yolu ilə yüklərin daşınmasına qadağa qoyulur, tibbi ləvazimatlar, kənd təsərrüfatı və ərzaq məhsulları və humanitar məqsədlər üçün bir sıra məhsullar üçün avtomobil daşımaları üçün istisnalar ediləcək.

Razılaşdırılmış ixrac qadağaları 10 milyard avro, idxal qadağaları isə 5,5 milyard avro təşkil edəcək.