“Azərsu” İsrailin Milli Su Qurumu ilə müzakirələr aparıb

16:51 - 7.04.2022


7 aprel, Fineko/abc.az. “Azərsu” ASC-də Azərbaycanda səfərdə olan İsrailin Milli Su Qurumu - “Mekorot” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, ölkəmizdə içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihələrinin icrasında beynəlxalq maliyyə təşkilatları və şirkətlərlə sıx əməkdaşlıq edilir. Su sektorunda innovativ texnologiyaların tətbiqi sahəsində İsrail şirkətlərinin böyük təcrübəyə malik olduğunu xatırladan E.Məmmədov ötən müddətdə “Azərsu” ASC mütəxəssislərinin bu ölkədə təşkil olunmuş sərgi və konfranslarda iştirak etdiyini, su texnologiyaları sahəsində müxtəlif şirkətlərlə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

 Görüşdə içməli su sahəsində ağıllı texnologiyalardan istifadə, dəniz suyunun duzsuzlaşdırılması, su itkilərinin idarə olunması  və digər məsələlərin müzakirələri aparılıb. “Azərsu” ASC və  “Mekorot” şirkəti arasında Anlaşma Memorandumunun imzalanacağına əminlik ifadə olunub.