16:06 - 28.09.2026
28 sentyabr, Fineko/abc.az. “SOCAR-AQŞ” MMC-nin konsolidasiya olunmuş maliyyə hesabatına əsasən, şirkətin 2025-ci ildəki zərəri illik müqayisədə 8 faiz artaraq 44,027 milyon manata çatıb.
Hesabat dövründə şirkətin gəlirləri 20 faiz azalaraq 68,871 milyon manata düşsə də, xidmətlərin maya dəyərinin 105,6 milyon manatadək geriləməsi fonunda ümumi zərər 36,729 milyon manata enib.
İnzibati xərclərin 23,5 faiz azalaraq 15,464 milyon manata düşməsinə baxmayaraq, xalis maliyyə xərclərinin 5,3 dəfə artaraq 6,668 milyon manata yüksəlməsi və valyuta məzənnə fərqindən yaranan 1,123 milyon manatlıq zərər mənfi maliyyə nəticəsinə təsir göstərib.
İlin sonuna şirkətin aktivləri 2,3 faiz azalaraq 380,38 milyon manat təşkil edib, öhdəlikləri 13 faiz artaraq 300,89 milyon manata çatıb, kapitalı isə 35 faiz kiçilərək 79,49 milyon manata düşüb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026