Estoniya Ukraynaya dron göndərdi

16:23 - 7.04.2022


7 aprel, Fineko/abc.az. Estoniya Ukraynaya döyüş sursatlarının birinci partiyasını göndərib.

ABC.AZ xəbər verir ki, bunların sırasına tank əleyhinə raketlər, tank əleyhinə minalar, birdəfəlik qumbaraatanlar, əl qumbaraatanları, haubitsalar və döyüş sursatları daxildir.

Həmçinin dəbilqələr, gülləkeçirməz jiletlər, rabitə vasitələri, dronlar, gecəgörmə cihazları, lazer məsafəölçənləri, tibbi ləvazimatlar və kimyəvi mühafizə vasitələri də Ukraynaya təhvil verilib.

Dövlət Müdafiə İnvestisiyaları Mərkəzindən (RKİK) verilən məlumata görə, dəyəri 220 milyon avrodan çox olan 80 növ döyüş texnikası artıq Ukraynaya göndərilib.