12:10 - 5.04.2022
5 aprel, Fineko/abc.az. Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq.
Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, aprelin 15-də keçiriləcək hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər.
Satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar olacaq.
Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək.
Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.
Müəllif: Elmir Murad
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026