15:34 - 1.04.2022
1 aprel, Fineko/abc.az. Azərbaycanda ən populyar sosial şəbəkə platformalarının reytinqi açıqlanıb.
ABC.AZ-ın "Global Stats" statistika mərkəzinə istinadən məlumatına görə, hazırda populyarlığına görə "Facebook" ölkədə ən məşhur sosial media resursudur.
Populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb. Onun istifadəçilərinin ölkə üzrə fəallığı mart ayı ərzində 1,7 faiz bənd azalıb. "YouTube"un Azərbaycan bazarında payı bu ilin aprel ayının 1-nə 18,1% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 6,1 faiz bəndi azdır.
"Instagram"a gəlincə, sözügedən şəbəkənin istifadəçilərinin fəallığı mart ayında 14,7 faiz bənd azalıb. Aprelin 1-nə olan məlumata görə, "Instagram" Azərbaycanın sosial media bazarında 13,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz bəndi azdır.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026