14:43 - 31.03.2022
31 mart, Fineko/abc.az. Bu ilin aprelin 1-dən Rusiyada yağ və üyüdülmüş yarmanın ixracına kvota, o cümlədən günəbaxan və kolza toxumlarının ixracına qadağa qoyulması təklifi gömrük və tariflərin tənzimlənməsi alt komitəsi tərəfindən dəstəklənib.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin “Telegram” kanalında bildirilib.
“Gömrük və tariflərin tənzimlənməsi üzrə alt komitə yağlı toxumların və onlardan hazırlanan məhsulların ixracının məhdudlaşdırılmasını dəstəkləyib. Daxili bazarı qorumaq və emal müəssisələrinin tələbatını ödəmək üçün Kənd Təsərrüfatı Nazirliyi aşağıdakı tədbirləri təklif edib" deyə məlumatda qeyd edilib.
30 İyul 2026