Həyətlərində quyu qazıb, su çıxaranlardan yeni ödənişlər alınacaq - Detallar

10:32 - 30.03.2022


30 mart, Fineko/abc.az. İçməli su istifadə etmək məqsədilə həyətlərində quyu qazıb xüsusi texniki qurğularla su əldə edən vətəndaşlar buna görə pul ödəməli olacaqlar. Bundan başqa, çaylar, göllər və anbarlardakı sudan istifadə edənlər də ödəniş etməli olacaqlar.

ABC.AZ xəbər verir ki, bu Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"nda öz əksini tapıb.

Bu qaydalar özündə həm təbii mənbələrdən, həm də su təsərrüfatı obyektlərində sudan istifadə ilə bağlı ödənişlərin tətbiqini nəzərdə tutur.

Qaydalara görə, çaylardan, göllərdən, anbarlardan, təbii su mənbələrindən istifadə ilə bağlı vətəndaşlar əvvəlcə nazirliyə müraciət edəcəklər və onların qeydiyyatı aparılacaq.

Daha sonra isə bu su mənbələrindən istifadə edən fiziki və hüquqi şəxslər müəyyən miqdarda ödəniş etməli olacaqlar.

Müəllif: Elmir Murad