17:27 - 29.03.2022
29 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 178 milyon 307 min manat məbləğində sığorta haqqı toplanılıb.
ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38 milyon 936 min manat təşkil edib. Bu isə illik müqayisədə 2,6 dəfə azdır.
2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 21,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 62,4 manat olub.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026