Azərbaycanda hansı avtomobillər ucuzlaşa bilər?

16:30 - 29.03.2022


29 mart, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib.

ABC.AZ-ın məlumatına görə, bunu "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda keçirilmiş mətbuat konfransında adıçəkilən qurumun Gömrük Ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.

O məsələyə belə aydınlıq gətirib: "Hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız əlavə dəyər vergisi (ƏDV) ödəmir. Hökumətə təklif etmişik ki, idxal rüsumunun dərəcəsi də 0% olsun".

Müəllif: Elmir Murad