Bu Avropa ölkəsi Rusiyadan yük qatarlarının qəbulunu dayandırıb

10:04 - 28.03.2022


28 mart, Fineko/abc.az. Finlandiyanın “VR Transpoint” dəmiryolu şirkəti ötən həftədən etibarən Rusiyadan yük qatarlarının qəbulunu dayandırıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Alman mediası xəbər yayıb.

Belə ki, Rusiyadan yük qatarlarının qəbulu növbəti bildiriş elan olunana qədər dayandırılıb.

Bu, "Rusiya Dəmir Yolları" şirkətinin ABŞ və Avropa İttifaqının sanksiya siyahısında yer alması ilə bağlıdır.