13:59 - 18.03.2022
18 mart, Fineko/abc.az. Misirin "Air Cairo" Hava Yolları Bakı ilə Şarm Əl-Şeyx arasında həftədə bir dəfə - cümə günü olmaqla, birbaşa uçuşların bərpasına qərar verib.
ABC.AZ xəbər verir ki, bu barədədə Misirin Azərbaycandakı səfirliyindən bildirilib. Uçuşlar bu gündən başlayacaq.
Səfirlikdən onu da bildiriblər ki, son bir neçə ay ərzində iki ölkənin rəsmiləri arasında silsilə görüşlər və qarşılıqlı səfərlər nəticəsində Misir-Azərbaycan əlaqələrinin inkişafı əsl yüksəlişin şahidi olmuşuq.
14 Avqust 2026
14 Avqust 2026