Azərbaycana bu ilin ilk iki ayında neçə elektrikli avtomobil gətirilib?

11:37 - 18.03.2022


18 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi bu ilin ilk 2 ayında Azərbaycana gətirilmiş avtomobillərin dəyəri və sayı barədə hesabat yayıb.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin ilk 2 ayında Azərbaycanda 2 min 32 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri və 57 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.

Yük avtomobillərinin idxalı ötən ilin ilk iki ayında 765 ədəd ikən, cari ilin eyni dövründə 668 ədəd təşkil edib.