16:12 - 16.03.2022
16 mart, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Suraxanı rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
ABC.AZ quruma istinadən xəbər verir ki, rayonun Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində yerləşən “Fiday” təhsil mərkəzi, Dədə Qorqud qəsəbəsi yaxınlığında böyük ərazidə əkin sahəsində və rayon ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsi sudan qanunsuz istifadə edib.
Ötən müddətdə Hövsan, Suraxanı və Zığ qəsəbələrində fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə halları aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmaqla sudan sayğacdankənar istifadə edilblər.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, görə dəymiş ziyan hesablanıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026