Azərbaycana 6 ayda neft koksundan 72,2 milyon dollar vəsait daxil olub

12:01 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 72,2 milyon ABŞ dolları dəyərində 181,6 min ton neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, qeyd olunan göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 88,5% çoxdur.