Kredit kartları üzrə illik dövriyyə 1 milyard manata yaxın azalıb

14:35 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Kredit kartlarının sayının azalması ilə yanaşı, bu kartlarla aparılan əməliyyatların ümumi həcmində də geriləmə müşahid olunur.

2026-cı ilin ilk 8 ayında kredit kartları vasitəsilə 5 milyard 497 milyon manatlıq dövriyyə formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 991 milyon manat və ya 15,3 faiz azdır.

Avqust ayında əməliyyatların sayı 7,6 faiz artaraq 14 milyonu keçsə də, pul ifadəsində ümumi dövriyyə 2,6 faiz kiçilərək 720 milyon manat təşkil edib. Bu da kart sahiblərinin bir əməliyyat üzrə daha az məbləğ xərclədiyini göstərir.