Bu avtomobillər ucuzlaşıb – Detallar

11:31 - 16.03.2022


16 mart, Fineko/abc.az. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) ötən ay Azərbaycanda qiymətləri azalan avtomobillərlə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, Mərkəz fevral ayında seqmentlər üzrə qiymətləndirmənin mühərrik gücü yüksək olan və Avro 5 standartlı benzindən istifadə edilən avtomobillərin qiymətlərinin 3.5 faiz aşağı düşdüyünü açıqlayıb.

Mərkəzdən o da bildirilib ki, ümumilikdə fevral ayında avtomobil bazarında durğunluq davam edib.

Avtomobillərə tələbin azalması, bununla yanaşı təklifin stabil qalması müşahidə olunub.

Müəllif: Elmir Murad