17:22 - 15.03.2022
15 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 105 minik avtomobili yığılıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır. Təkcə fevral ayında isə cəmi 3 avtomobil buraxılıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 2 043 minik avtomobili istehsal olunub ki, bu da 2020-ci il ilə müqayisədə 4,8% çoxdur.