Rusiya və Belarus nömrəli yük maşınları sərhəddən buraxılmır - Polşa giriş-çıxışı bağladı

17:14 - 15.03.2022


15 mart, Fineko/abc.az. Kukurıki-Kozloviçi (Polşa-Belarus) sərhəd-keçid məntəqəsi Rusiya və Belarus nömrəli yük maşınlarının giriş-çıxışı üçün Polşadan bağlanıb.

ABC.AZ-ın məlumatına görə, sərhədi keçmək üçün gözləmə müddəti 24 saata çatıb, növbənin uzunluğu 30 km-ə yaxın olub.

Belarus Dövlət Sərhəd Komitəsinin məlumatına görə, 750 yük maşını Polşaya daxil olmaq üçün gözləyir. Martın 11-dən etibarən Polşadan Rusiyaya gedən yük maşınlarının “daha da hərəkətinə qadağa qoyulması” tələbi ilə keçiddə mitinq keçirilir. Polşa hakimiyyəti vəziyyəti şərh etmir.