Bu tikinti materialı 30 manat bahalaşdı

12:22 - 11.03.2022


11 mart, Fineko/abc.az. Rusiya Ukrayna arasında baş verən hadisələr Azərbaycanın tikinti sektoruna da öz təsirini göstərir. Tikinti bazarında əsas mallardan biri hesab edilən taxtanın qiyməti bahalaşıb. Taxta satışı ilə məşğul olan sahibkarlar da qiymət artımını təsdiqləyir. Belə ki, müharibədən əvvəl taxtanın kubu 450 manat idi.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, hazırda isə 30 manat artaraq 480 manat olub:

"Müharibə davam etdiyinə görə taxta bazarına material əvvəlkindən az gəlir. Gələn vaqonlara doldurulmuş taxtalar da əsasən müharibədən əvvəl yüklənmiş materiallardır", - deyə sahibkarlar bildirirlər.