12:14 - 11.03.2022
11 mart, Fineko/abc.az. ABŞ prezidenti Co Bayden Rusiya ilə ticarət əlaqələri çağırış edərək, Rusiyadan idxal olunan mallara yüksək gömrük rüsumlarına yol açmağa hazırlaşır.
ABC.AZ xəbər verir ki, Prezident Baydenin Rusiya ilə normal ticarət əlaqələrinə son qoymağa çağıracağı gözlənilir və bu, Rusiyadan idxal edilən mallara rüsumların artırılmasına yol açacaq.
Açıqlamanın G7 və Aİ liderləri ilə birlikdə veriləcəyi gözlənilir. Baydenin Rusiyanın üstünlük verdiyi ticarət statusuna son qoymağa çağıracağı bildirilir.
Reqlamentə görə, belə bir qərarı yalnız Konqres qəbul edə bilər. Lakin Baydenin Konqresdə bu istiqamətdə dəstəyi var.
Hər iki partiyanın bir çox nümayəndəsi əvvəllər bu məsələdə Baydenə dəstəklərini ifadə ediblər.
Müəllif: Elmir Murad