15:33 - 4.03.2022
4 mart, Fineko/abc.az. Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı kəndində məskunlaşma olan obyektləri su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bu barədə ABC.AZ-a məlumat verən “Azərsu” ASC kəndə suyun verilməsi ilə layihə hazırlayıb. Layihəyə əsasən, ərazidəki obyektlərə içməli suyun subartezian quyusundan verilməsi qərara alınıb.
Layihənin icrasına ötən ilin sonlarında başlanılıb və artıq subartezian quyusunun, 6,5 km uzunluğunda magistral və paylayıcı su xətlərinin tikintisi yekunlaşıb. Hazırda subartezian quyusunun işə salınması üçün elektrik təchizatı sistemlərinin qurulması işləri görülür.
Eyni zamanda Ağdam şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 2 kəşfiyyat quyusu qazılıb və hazırda su mənbəyinin yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir.
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026