10:05 - 3.05.2018
3 may, Fineko/abc.az. Azərbaycan prezidenti Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğlular-Təzəkənd yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsinin dövlət kapital qoyuluşlarının xərclərinin bölgüsündə nəzərdə tutulmuş 8,0 milyon manat ayrılması barədə müvafiq sərəncam imzalayıb.
Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolu, 8 min əhalisi olan 3 yaşayış məntəqəsini birləşdirir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşdirməni təmin etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.