Rus oliqarxların əmlakları da müsadirə olunacaq - Bayden

10:20 - 2.03.2022


2 mart, Fineko/abc.az. Rusiya mərkəzi banklarının maliyyə əməliyyatlarında iştirakının qarşısını almaq, onların maliyyə sistemini məhv etmək üçün sanksiyalar tətbiq etməyə davam edəcəyik.

ABC.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Konqresdəki çıxışında bildirib.

O qeyd edib ki, biz Rusiyanın texnologiyaya, iqtisadi gücə çıxışını kəsməyə çalışırıq ki, onların silahlı qüvvələri də bir o qədər zəif olsun.

Bayden deyib ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən rus oliqarxların yaxtaları, dəbdəbəli mənzilləri, əmlakları da müsadirə olunacaq.

O, ABŞ-ın hava məkanının Rusiya təyyarələri üçün bağlanacağını da bildirib.