Gürcüstana gedə biləcəksiz - Sərhədləri açdı

12:32 - 1.03.2022


1 mart, Fineko/abc.az. Gürcüstanda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin bir hissəsi bu gündən etibarən aradan qaldırılıb, bir hissəsi isə yumşaldılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Martın 1-dən 67 ölkənin vətəndaşları Gürcüstana PSR test ilə daxil ola biləcəklər.

Xarici vətəndaş Gürcüstana iki şərtlə, ya peyvənd olunmaqla, və ya PSR testin mənfi nəticəsi ilə daxil ola bilər.

Gürcüstan vətəndaşları da həmçinin, test əsasında, və ya peyvənd olunmaqla ölkəyə daxil ola bilərlər. Əgər vətəndaş peyvənd olunmayıbsa, yeni qərarla 5 günlük özünütəcrid müddəti keçməlidir.

Gürcüstan vətəndaşı ölkəyə PSR testi ilə daxil olarsa, o, 72 saat ərzində təkrar test etmək öhdəliyindən azad edilir.