10:22 - 1.03.2022
1 mart, Fineko/abc.az. Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademyasının (AMEA) vitse-prezidenti Rasim Əliquliyev bildirib.
Bu məsələlər AMEA-nın "Şuşa İli" ilə bağlı Tədbirlər Planına salınıb deyən R.Əliquliyev “Şuşa İli” ilə bağlı müxtəlif elmi istiqamətlərdə əsaslı tədqiqatların aparılması, bir sıra aktual problemlərin araşdırılması və onların həllinə Azərbaycan alimlərinin töhfə verməsinin vacib olduğunu vurğulayıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026