11:38 - 28.02.2022
28 fevral, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqlayıb.
Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, ölkə əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin əvvəlindən iki istiqamətdə artım baş verib:
- Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib;
- Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılmaqla və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılmaqla, pensiyalarda orta hesabla 9 faiz artım edilib.
1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026