12:30 - 24.02.2022
24 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında Azərbaycana dünyanın 128 ölkəsindən 74,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ABC.AZ Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, gələnlərin 35,3 faizi Rusiya Federasiyası, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, hər birindən 1,1 faiz olmaqla Böyük Britaniya və Küveyt, 0,9 faizi Qazaxıstan, 0,8 faizi Oman, hər birindən 0,6 faiz olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 81,2 faizini kişilər, 18,8 faizini qadınlar təşkil edib.
Müəllif: Elmir Murad