Putin "LXR" və DXR"nin müstəqilliklərinin tanınması barədə fərman verdi

10:10 - 22.02.2022


21 fevral, Fineko/abc.az.   Rusiya Prezidenti Vladimir Putin qondarma "LXR" və "DXR"nin müstəqilliklərinin tanınması haqqında fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Putin eyni zamanda həmin respublikalarla əməkdaşlıq haqqında da fərman imzalayıb.