16:08 - 21.02.2022
21 fevral, Fineko/abc.az. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarə etmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilir.
Məlumata görə, dövlətə məxsus ASC-də, yeni sturuktura əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb. Bildirilir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı tərəfindən idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atılıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. Bu ildə eyni zamanda müxtəlif ixtisaslı peşələrdə çalışan işçilərin ixtisas artırma kurslarına cəlb edilməsi nəzərdə tutulur.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026