Azərbaycan Rusiyaya nə qədər pomidor satıb? - Ötən ilin hesabatı

11:02 - 21.02.2022


21 fevral, Fineko/abc.az. Ötən il Azərbaycan Rusiyaya 157 milyon 559 min ABŞ dolları (267 milyon 850 min manat) dəyərində pomidor ixrac edib.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Rusiyaya ölkəmizdən 140 min 110 ton təzə və ya soyudulmuş tomat ixrac edilib.

Bu, 2020-ci illə müqayisədə həcm ifadəsində 22,1%, dəyər ifadəsində isə 20,2% azdır. Rusiyaya pomidor ixracı, Azərbaycanın ümumi pomidor ixracının 87,4%-ni təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycan ümumilikdə 160 milyon 229 min dollarlıq (272 milyon 389 min manat) 145 min 217 ton tomat xarici bazarlara göndərib. Bu da 2020-ci illə müqayisədə həcm ifadəsində 22,6%, dəyər ifadəsində isə 20,4% azalıb.