Onlara da “Müharibə veteranı” adı verilib - Təqaüd alacaqlar

12:09 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Daxili İşlər Nazirliyi, o cümlədən Nazirliyin Daxili Qoşunları tərəfindən də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.

Bu barədə ABC.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verilmiş həmin şəxslərə dair məlumatlar nazirliyin “Zəfər” altsisteminə daxil edilib.