17:17 - 16.02.2022
16 fevral, Fineko/abc.az. Kənd təsərrüfatında 2022-ci ilin yanvar ayında diri çəkidə 44,4 min ton ət, 159,2 min ton süd, 157 milyon ədəd yumurta və 20,2 min ton tərəvəz istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,0 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 2,7 faiz, tərəvəz istehsalı 4,5 faiz artıb.
2021-ci ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları istehsalı 4,8 faiz artıb.
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
28 İyul 2026