Dövlət Agentliyinə yeni mətbuat katibi təyin edildi

14:39 - 16.02.2022


16 fevral, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektoruna yeni müdir təyin olunub.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, bu vəzifə Gülnar Mustafayevaya həvalə edilib.

Qeyd edək ki, o, mətbuat katibi vəzifəsində hazırda Agentlik sədrinin müşaviri olan Kənan Quluzadəni əvəzləyib.