Füzulidə yaşayış məhəlləsinin tikintisi MİDA-ya tapşırılıb

11:03 - 16.02.2022


16 fevral, Fineko/abc.az. Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.

Artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilmişdir.

"Çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcəkdir", -məlumatda bildirilir.