12:27 - 14.02.2022
14 fevral, Fineko/abc.az. Sabah, yəni fevralın 15-də ölkə üzrə bütün pensiyalar artımla birgə ödəniləcək.
Dövlət Sosial Müdafiə Fondundan ABC.AZ-a bildirilib ki, Respublika üzrə pensiyaların fevralın 15-də tam ödənilərərək yekunlaşdırılacaq.
Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək. Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunacaq.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026